Cənubi Koreyanın keçmiş prezidenti ömürlük həbs cəzasına məhkum edildi
Cənubi Koreya məhkəməsi keçmiş prezident Yun Sok Yolun 2024-cü ilin dekabrında ölkədə hərbi vəziyyət elan etməsini "qiyama rəhbərlik etmək" kimi qiymətləndirərək, onu ömürlük həbs cəzasına məhkum edib.
"Yonhap" agentliyinin verdiyi məlumata görə, Seul Mərkəzi Dairə Məhkəməsi Yunun məhkəmə işi üzrə yekun qərarını açıqlayıb. Məhkəmə Yunun hərbi vəziyyət elanından sonra parlament binasına əsgər göndərməklə Milli Məclisi fəaliyyətsiz hala gətirməyi hədəflədiyini müəyyən edib və keçmiş prezidenti qiyama rəhbərlik etməkdə təqsirli bilib.
Nəticədə Yun ömürlük həbs cəzasına məhkum edilib. Qeyd edək ki, Cənubi Koreyanın xüsusi səlahiyyətli prokurorları hərbi vəziyyət elanı ilə bağlı açılan cinayət işində Yun üçün ölüm cəzası tələb etmişdilər.

