Tramp və Vansı ölümlə hədələyən şəxs 2 il həbs cəzasına məhkum edildi
ABŞ-ın Miçiqan ştatında Prezident Donald Tramp və Vitse-prezident JD Vansa qarşı ölüm hədəsi yağdıran şəxs federal məhkəmə tərəfindən 2 il həbs cəzasına məhkum edilib.
ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına görə, Vitse-prezident JD Vans ilə eyni ad baş hərflərinə və soyadına sahib olan 67 yaşlı Ceyms Donald Vance Jr sosial mediada etdiyi paylaşımlarda Tramp və Vansı öldürməklə hədələyib.
Paylaşımlarında həyatını itirmə və ya ömürlük həbsə düşmə ehtimalını vecinə almadığını yazan Vance Jr məhkəmədəki ifadəsində Prezident və Vitse-prezidenti öldürmə və ya yaralama hədəsi ittihamlarını qəbul edib.
Miçiqan Federal Məhkəməsi Vance Jr-ı 2 il həbs cəzasına məhkum edib.
Xatırladaq ki, ABŞ-da 20 oktyabrda Riçard Spring adlı başqa bir şəxs də Trampı öldürməklə hədələdiyi üçün 18 ay həbs və 2 min dollar cərimə cəzası almışdı.

