Hindistanda təyyarə qəzası: Çox sayda ölən var


Hindistanın Carkhand eyaletində göyərtəsində 7 nəfərin olduğu təcili yardım təyyarəsi qəzaya uğrayıb.

AFN.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə eyalətin Rançi şəhəri yaxınlığında baş verib.

Hindistan Mülki Aviasiya Baş Müdirliyinin (DGCA) yaydığı məlumata görə, "Redbird" aviaşirkətinə məxsus "Beechcraft C90" tipli təyyarə yerli vaxtla saat 19:11-də əlverişsiz hava şəraiti ilə əlaqədar marşrutun dəyişdirilməsi üçün müraciət edib. Lakin bu müraciətdən qısa müddət sonra təyyarə ilə rabitə kəsilib və o, radarlardan itib.

DGCA axtarış-xilasetmə qruplarının hadisə yerinə çatdığını və Təyyarə Qəzalarını Araşdırma Bürosu tərəfindən təhqiqat başladıldığını bildirib. Qəza nəticəsində həlak olanların və yaralıların dəqiq sayı barədə hələlik rəsmi açıqlama verilməsə də, ilkin məlumatlara görə ciddi itkilərin olduğu bildirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu