Polisdən əməliyyat: Avtomat və qumbaraatan götürüldü


Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

AFN.az xəbər verir ki, fevralın 23-ü polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat, 1 qumbaraatan və 13 tüfəng götürüb.

Bundan başqa, 1 patron darağı, 1 mərmi və 8 ədəd patron da aşkar edilərək müvafiq qaydada götürülüb.

Tədbirlər davam etdirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu