FedEx ABŞ hökumətini məhkəməyə verdi
ABŞ-ın kuryer və logistika nəhəngi "FedEx" ABŞ Ali Məhkəməsinin qanunsuz hesab etdiyi gömrük rüsumlarının geri qaytarılması tələbi ilə federal hökumətə qarşı iddia qaldırıb.
AFN.az-ın məlumatına görə, ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə təqdim edilən iddia ərizəsində 2025-ci ilin fevral ayından etibarən "Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı" (IEEPA) çərçivəsində tətbiq olunan tariflər səbəbindən şirkətin maddi ziyana uğradığı qeyd olunub.
Şirkət indiyədək tutulan vergilərin qanuni faizi ilə birlikdə geri ödənilməsini tələb edir. Qeyd edək ki, fevralın 20-də ABŞ Ali Məhkəməsi Prezident Donald Tramp tərəfindən qüvvəyə minən tariflərin əsaslandığı aktın prezidentə tarif tətbiq etmək səlahiyyəti vermədiyi barədə qərar çıxarıb.
