ABŞ İranla nüvə proqramına dair müddətsiz saziş bağlamaq niyyətindədir


ABŞ administrasiyası İranla nüvə proqramı üzrə mümkün sazişin qüvvədə olma müddətinin məhdudlaşdırılmaması, yəni sənədin müddətsiz olması üçün səy göstərir.

"Axios" portalının mənbələrə istinadən yaydığı məlumata görə, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff fevralın 24-də Vaşinqtonda keçirilən qapalı görüşdə bəyan edib. Uitkoff qeyd edib ki, sazişin ləğvi və ya qüvvədən düşməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmur və danışıqlar məhz bu prinsip üzərində qurulur.

Xüsusi elçinin sözlərinə görə, əgər nüvə məsələsində razılıq əldə olunarsa, Donald Tramp administrasiyası növbəti mərhələdə Tehranın raket proqramı və regiondakı pro-İran silahlı qruplaşmalarına dəstəyi ilə bağlı da danışıqlar aparmaq niyyətindədir. Hazırkı məsləhətləşmələrin iki əsas mövzusu isə İranın uranı zənginləşdirmə qabiliyyəti və artıq mövcud olan ehtiyatların taleyidir. ABŞ rəsmiləri bildirirlər ki, Tehran uran zənginləşdirmənin nüvə silahı yaratmağa imkan verməyəcəyini sübut edərsə, Tramp bu prosesin "simvolik" səviyyədə davam etdirilməsinə razı ola bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu