"Fenerbağça" azarkeşləri “Nottinqem Forest”in stadionunu dağıtdı - FOTO
"Fənərbaxça" azarkeşləri Avropa Liqasının pley-off mərhələsində İngiltərənin "Nottinqem Forest" komandası ilə keçirilən oyundan sonra "Siti Qraund" stadionunun oturacaqlarını sındırıblar.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisinin tərəfdarları komandalarının 2:1 hesablı qələbəsinə rəğmən, turnirdən kənarlaşmalarına aqressiv reaksiya veriblər. İlk oyunda rəqibinə 0:3 hesabı ilə uduzan "Fənərbaxça" üçün bu qalibiyyət mərhələ keçmək üçün kifayət etməyib və klub mübarizəni dayandırmalı olub.
Yaşanan bu vandalizm hərəkətlərinə görə UEFA-nın İstanbul klubuna qarşı ciddi pul cəriməsi tətbiq edəcəyi gözlənilir.

