Delsi Rodriqes ABŞ-dan bütün sanksiyaların ləğv edilməsini istədi
Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodriqes ABŞ-ı "tərəfdaş və dost" adlandıraraq, ölkəsinə qarşı illərdir tətbiq olunan bütün sanksiya və blokadaların dərhal aradan qaldırılmasını tələb edib.
AFN.az xəbər verir ki, paytaxt Karakasdakı "Theater Teresa Carreno"da gənc fəallarla keçirilən tədbirdə çıxış edən Rodriqes birbaşa ABŞ Prezidenti Donald Trampa müraciət edib. Rodriqes vurğulayıb ki, ABŞ ilə yeni əməkdaşlıq dövrünə qədəm qoyulduğu bir vaxtda blokadanın davam etməsi Venesuela gəncliyinin gələcəyinə mane olur.
Trampın Venesuela ilə bağlı son tərif dolu ifadələrinə görə təşəkkür edən Rodriqes, ölkəsinin heç vaxt ABŞ-ı və ya dünyanın hər hansı bir dövlətini təhdid etmədiyini bildirib. O, 3 yanvar 2026-cı ildə Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin ABŞ tərəfindən saxlanılmasına toxunaraq, "Bu ilə pis bir başlanğıc etdik" deyə qeyd edib.
Tədbirdə onu Maduronun oğlu Nikolas Maduro Querra da müşayiət edərək yeni rəhbərliyə dəstəyini nümayiş etdirib.
Qeyd edək ki, Rodriqes Maduronun saxlanılmasından sonra yanvarın 5-də müvəqqəti prezident kimi and içib və o vaxtdan ABŞ ilə münasibətlərin normallaşdırılması, o cümlədən amnistiya qanununun qəbulu və neft sektorunda özəl şirkətlərə icazələrin verilməsi istiqamətində ciddi addımlar atıb.
