İran mətbuatı: Mahmud Əhmədinejad öldürüldü
İranın rəsmi mətbuatı ölkənin keçmiş prezidenti Mahmud Əhmədinejadın ABŞ və İsrailin həyata keçirdiyi hava hücumları nəticəsində həyatını itirdiyini xəbər verib.
AFN.az xəbər verir ki, yerli mətbuat orqanları Əhmədinejadın Tehranın şimal-şərqindəki Narmak bölgəsində yerləşən iqamətgahına endirilən raket zərbəsi nəticəsində bir neçə mühafizəçisi ilə birlikdə öldüyünü bildirib.
Qeyd olunub ki, bu hücum ABŞ və İsrailin İranın hərbi və siyasi rəhbərliyini hədəf alan genişmiqyaslı hərbi əməliyyatlarının bir hissəsidir.
Rəsmi Vaşinqton və Təl-Əviv hələlik bu xüsusi hədəf barədə rəsmi açıqlama verməyiblər.
