Tramp ABŞ-ın Ər-Riyaddakı səfirliyinə hücuma cavab verəcəyini deyib


ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Ər-Riyaddakı səfirliyə edilən hücuma mütləq cavab verəcək.

AFN.az xəbər verir ki, bu barədə "NewsNation" telekanalının jurnalisti Kelli Meyer məlumat yayıb. Jurnalist "X" sosial şəbəkəsində yazıb: "Mən yenicə prezident Trampla danışdım. O bildirdi ki, ABŞ-ın Ər-Riyaddakı səfirliyinə hücum və amerikalı hərbçilərin öldürülməsinə cavabın necə olacağını tezliklə öyrənəcəksiniz". Bununla belə, Tramp İrana qoşun yeritməyi zəruri hesab etmədiyini də əlavə edib.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ-ın Ər-Riyaddakı səfirliyi iki pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücuma məruz qalıb və diplomatik missiyanın ərazisində yanğın baş verib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu