KİV: ABŞ-ın Nevadadakı gizli bazası yaxınlığında zəlzələlər baş verib


ABŞ-ın "Zona-52" kimi tanınan məxfi "Tonopa" poliqonu ərazisində geoloqlar kiçik amplitudalı bir sıra zəlzələlər qeydə alıblar.

AFN.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. ABŞ Geoloji Xidmətinin alimləri son bir həftə ərzində poliqonun 80 kilometrlik radiusunda maqnitudası 1,0 ilə 3,0 arasında dəyişən 100-dən çox seysmik hadisə müşahidə ediblər.

Maraqlıdır ki, seysmik aktivliyin artması İsrail və ABŞ-ın İrana qarşı intensiv bombardmanları, həmçinin ABŞ prezidenti Donald Trampın bölgəyə qarşı gözlənilən "böyük zərbə dalğası" barədə bəyanatları ilə eyni vaxta təsadüf edib.

Qeyd edək ki, "Zona-52" ABŞ-ın ciddi şəkildə qorunan məxfi hərbi bazasıdır və bu poliqon uzun müddət müxtəlif silahların sınaqdan keçirilməsi üçün istifadə olunub. Bununla belə, qəzet bu yeraltı təkanların region üçün normal geoloji aktivlik dövrü ola biləcəyini də istisna etmir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu