KİV: Ərəb ölkələri ABŞ-a İrana qoşun yeritməyin zəruriliyi barədə xəbərdarlıq edib
Hərbi əməliyyatlar başlayacağı təqdirdə İrana qoşun yeritmək tələb oluna bilər və bu əməliyyat uzun sürəcək.
AFN.az "NewsNation" telekanalına istinadən xəbər verir ki, bu haqda Vaşinqtonun müttəfiqi olan ərəb ölkələri ABŞ-a xəbərdarlıq ediblər. Kanalın jurnalisti Kelli Meyer öz mənbəsinə istinadən "X" sosial şəbəkəsində yazıb: "Yaxın Şərqli bir rəsmi mənə bildirdi ki, ərəb müttəfiqləri hücumlardan əvvəl ABŞ-ı xəbərdar ediblər: əgər hərbi əməliyyatlar başlasa, ABŞ-ın İrana quru qoşunları göndərməsi ssenarisi qaçılmaz olacaq. Həmin rəsmi əlavə etdi ki, İrana müdaxilə ilə müqayisədə İraqın işğalı "bağda gəzinti" kimi görünərdi".
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun hələlik İranda quru əməliyyatı planlaşdırmadığını, lakin prezident Trampın qarşıya qoyulan məqsədlərə çatmaq üçün bu variantı da istisna etmədiyini bildirib.
