Venesuelanın dövlət şirkəti ABŞ-a neft tədarükü üçün müqavilələr imzalayıb


Venesuelanın dövlət neft-qaz şirkəti PDVSA, ABŞ bazarına neft və neft məhsullarının tədarükü üçün müqavilələr bağladığını elan edib.

AFN.az xəbər verir ki, şirkətin rəsmi saytında yerləşdirilən bəyanatda bu addımın tarixi ticarət əlaqələrini qorumaq və tədarükü təmin etmək məqsədi daşıdığı bildirilir.

PDVSA qeyd edib ki, yeni müqavilələr Venesuelanın enerji bazarındakı mövqeyini gücləndirir. Bəyanatda həmçinin deyilir: "Venesuela beynəlxalq enerji bazarının sabitliyinə sadiq olduğunu təsdiqləyir və ölkənin etibarlı tədarükçü kimi qlobal enerji təhlükəsizliyində lazımi balansı təmin etdiyini vurğulayır".

Bununla yanaşı, şirkət ölkənin neft-qaz sektoruna tətbiq edilən sanksiyaların ləğv edilməsinin vacibliyini önə çəkib. Bildirilib ki, sanksiyaların götürülməsi milli istehsalın stimullaşdırılması və beynəlxalq ticarətin möhkəmlənməsi üçün zəruridir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu