İsrail ordusu İrandan yeni raket hücumunun başladığını elan etdi
İsrail ordusu İran tərəfindən yeni raket hücumunun başladığını müəyyən etdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, İsrail ordusunun yaydığı bəyanatda ölkənin hava hücumundan müdafiə sistemlərinin İrandan atılan raketləri zərərsizləşdirmək üçün işə salındığı bildirilib.
Eyni zamanda, İsrailin paytaxtı Təl-Əviv də daxil olmaqla, geniş bir ərazidə mobil telefonlara raket hücumu ilə bağlı xəbərdarlıq bildirişləri göndərilib. Həyəcan siqnallarının səsləndiyi bölgələrdə əhaliyə dərhal sığınacaqlara getmələri barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hücumlardan bəri bu gün ilk dəfə olaraq Hizbullah və İran eyni vaxtda cavab zərbələri endirib.

