İran İsrailə qarşı ilk dəfə hipersəs raketlərindən istifadə edib
İran Silahlı Qüvvələri ölkə hüdudlarından kənara təşkil etdiyi son hücumlar zamanı yüksək texnologiyalı hipersəs raketlərini işə salıb.
AFN.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu gün səhər saatlarında İsrail ərazisinə endirilən zərbələrdə bir neçə müasir hipersəs raketi tətbiq olunub.
Bu, İranın hərbi əməliyyatlarda sözügedən silah növündən istifadə etməsinə dair ilk rəsmi məlumatdır. Hipersəs raketləri yüksək sürəti və manevr imkanları ilə hava hücumundan müdafiə sistemləri üçün ciddi çətinlik yaradan silahlar hesab olunur.

