ABŞ hipersəs silahlarının sınaq buraxılışını həyata keçirib

Birləşmiş Ştatlar hipersəs silahlarını sınaqdan keçirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Ordusu və Hərbi Dəniz Qüvvələri ABŞ Kosmik Qüvvələrinin Florida ştatındakı Kanaveral burnunda bazasında yerləşən kosmik stansiyada hipersəs sistemini sınaqdan keçirib. "Bu sınaq əməliyyat hipersəs texnologiyasının inkişafında mühüm mərhələ oldu" - deyə hərbi qurumun açıqlamasında bildirilir.
Qeyd edilir ki, bu sınaq ABŞ-ın hipersəs silahlarının yaradılmasında irəliləyişindən xəbər verir.
Bir müddət əvvəl ABŞ Hərbi Hava Qüvvələri (HHQ) AGM-183 ARRW hipersəs qanadlı raketini uğurla sınaqdan keçirib.