Medianın İnkişafı Agentliyinin yeni nizamnaməsi hazırlanacaq



Medianın İnkişafı AgentliyininBeynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin yeni nizamnamələri hazırlanacaq.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Medianın İnkişafı Agentliyi Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Audiovizual Şurası və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Agentliyin yeni nizamnaməsinin layihəsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim edəcək.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Mərkəzin yeni nizamnaməsinin layihəsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu