Müğənni Rəqsanənin ev dustaqlığının müddəti uzadıldı



Müğənni Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimkan tədbiri bir aya qədər uzadılıb.

AFN.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında qərar qəbul edib.

Məlumata görə, onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri aprelin 4-nə qədər artırılıb. Qeyd edək ki, R.İsmayılova ötən ilin avqust ayında həbs edilib və avqustun 16-da barəsində həbs qətimkan tədbiri seçilib.

Həmin ilin noyabrın 19-da vəkilinin vəsatəti əsasında onun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Ötən ilin dekabrında onun ev dustaqlığı qətimkan tədbiri mart ayına qədər uzadılmışdı.

Xatırladaq ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində məsuliyyətə cəlb edilən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı dələduzluqda ittiham edilir.

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib. Rəqsanə İsmayılova dəymiş zərərin bir qismini ödəyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu