Polis həmin “həkim”i saxladı


Bakıda “Bİ ES VİP” estetik klinikasında izdihama səbəb olan özbək “həkim” polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, klinikada xəstələri əl enerjisi ilə müalicə etdiyi deyilən özbək əsilli, “Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı “həkim”in qəbulu keçirilib. Ekstrasens olduğu deyilən şəxs bioenerji və ya enerji terapiyası etdiyini bildirirmiş.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu