ABŞ və İsrailin zərbələri nəticəsində İranda 12 min ev zədələnib
ABŞ və İsrail silahlı qüvvələrinin hava hücumları nəticəsində paytaxt əyalətindəki mülki infrastruktura dəyən zərər barədə məlumat açıqlanıb.
AFN.az-ın "Tasnim" agentliyinə istinadən xəbərinə görə, Tehran əyalətinin qubernatoru Məhəmməd Sadiq Mö'təmidian bildirib ki, əyalət ərazisində ümumilikdə 12 min yaşayış evi ya qismən zədələnib, ya da tamamilə dağılıb.
Fevralın 28-dən etibarən ABŞ və İsrailin başlatdığı hərbi əməliyyat çərçivəsində Tehran, İsfahan və Təbriz kimi iri şəhərlər intensiv bombardmana məruz qalıb. Qubernator qeyd edib ki, Tehran şəhəri daxilindəki kompensasiya iddiaları və bərpa işləri birbaşa bələdiyyə tərəfindən idarə olunacaq.
