KİV: İsrailin fosfor bombaları Livan sərhədi yaxınlığındakı ərazini yaşayış üçün yararsız edib


İsrailin demək olar ki, hər gün beynəlxalq səviyyədə qadağan olunmuş ağ fosfor mərmilərindən istifadə edərək Hizbullah şiə hədəflərini atəşə tutması İsrailin Livanla sərhədi boyunca 5 kilometrlik zonanı yaşayış üçün yararsız edib.


AFN.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) radar və peyk məlumatlarına istinadən məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, əsas dağıntı İsrail və Livan arasında BMT-nin müəyyən etdiyi sərhəd olan “mavi xətt” adlanan ərazidən 5 kilometr şimalda baş verib. Qeyd olunur ki, bu ərazidə İDF-nin hücumları təkcə “Hizbullah”ın hərbi obyektlərinə deyil, həm də mülki infrastruktura, o cümlədən yaşayış binalarına və kənd təsərrüfatı torpaqlarına ciddi ziyan vurub. Livanın cənubunda İsraillə sərhədə yaxın bəzi yaşayış məntəqələri fəaliyyətini dayandırıb.

“Financial Times”ın məlumatına görə, bombardmanların nəticələri İsrailin Livanda bufer zonası yaratmaq istədiyini deməyə əsas verir. Belə ki, Cənubi Livan Şurasının rəhbəri Haşim Heydərin sözlərinə görə, ölkənin cənubunda 3 mindən çox ev tamamilə dağılıb, daha 12 min ev İsrail ordusu tərəfindən vurulub. O əlavə edib ki, İsrailin zərbələri nəticəsində su çənləri, elektrik şəbəkələri, günəş panelləri və yollar da zədələnib.

Nəşr Aita əş-Şab kəndinin başçısı Məhəmməd Srurdan sitat gətirib: “Onlar infrastrukturu məhv edir, bölgədə sonrakı həyatı qeyri-mümkün edir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu