Qazaxıstanda xalq yeni konstitusiyaya "hə" dedi



Qazaxıstanda keçirilən konstitusiya referendumunda seçicilərin böyük əksəriyyəti "hə" deyərək yeni ana qanuna dəstək nümayiş etdirib.

AFN.az xəbər verir ki, ölkə boyu təşkil edilən referendumun ilkin nəticələri Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov tərəfindən açıqlanıb.

Abdirov keçirdiyi brifinqdə bildirib ki, qeydiyyatda olan 12 milyon 482 min 613 seçicidən 9 milyon 127 min 192-si səsvermədə iştirak edib və bununla da seçici fəallığı 73,12 faiz təşkil edib. Referendumda 7 milyon 954 min 667 vətəndaş yeni konstitusiyanın qəbuluna müsbət cavab verib ki, bu da səs verənlərin 87,15 faizi deməkdir.

Məlumatlara görə, seçicilərdən 898 min 99 nəfəri "yox" səsini seçib, 127 min 868 bülleten hər iki variant işarələndiyi üçün hesaba alınmayıb. Qazaxıstan qanunvericiliyinə əsasən, yeni konstitusiya iştirakçıların yarıdan çoxu tərəfindən dəstəkləndikdə və bu dəstək bölgələrin ən azı üçdə iki hissəsində təmin edildikdə qəbul olunmuş hesab edilir.

Referendumla qəbul edilən yeni layihə ölkənin siyasi sistemində köklü dəyişiklikləri, o cümlədən ikipalatalı parlamentdən təkpalatalı sistemə keçidi nəzərdə tutur. Xatırladaq ki, Prezident Qasım-Jomart Tokayev tərəfindən irəli sürülən bu islahat paketi mövcud konstitusiyanın 84 faizinə təsir etdiyi üçün tamamilə yeni layihə kimi hazırlanmışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu