KİV: ABŞ-ın İrandakı müharibə xərcləri 1 trilyon dolları keçə bilər



ABŞ-ın İrana qarşı başlatdığı və artıq üçüncü həftəsinə daxil olan hərbi kampaniyasının maliyyə yükü rekord həddə çatmaqdadır.

"The Intercept" nəşrinin ekspert qiymətləndirmələrinə istinadən yaydığı məlumata görə, əməliyyatlar uzanacağı təqdirdə Vaşinqtonun xərcləri 1 trilyon dolları ötə bilər.

Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett "Face the Nation" proqramına müsahibəsində əməliyyatın yalnız ilk iki həftəsi üçün büdcədən 12 milyard dollar xərcləndiyini təsdiqləyib. Pentaqonun qapalı brifinqlərindən sızan məlumatlar isə göstərir ki, müharibənin yalnız ilk 6 günündə xərclər 11,3 milyard dolları keçib.

Bu məbləğə bahalı raketlərin (məsələn, AGM-154 və JASSM) istifadəsi, hərbi qüvvələrin regiona daşınması və İrandan gələn cavab zərbələri nəticəsində sıradan çıxan hərbi texnikanın (o cümlədən Qətərdəki 1,1 milyard dollarlıq radar sistemi) bərpası daxildir.

Təhlilçilər qeyd edirlər ki, "Epik qəzəb" (Epic Fury) əməliyyatı hazırkı intensivliklə davam edərsə və hər hansı quru müdaxiləsi baş verərsə, yekun məbləğ İraq və ya Əfqanıstan kampaniyalarının çoxillik xərcləri ilə müqayisə oluna biləcək səviyyəyə çatacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu