ABŞ-ın dövlət borcu ilk dəfə 35 trilyon dolları keçib


ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 35 trilyon dolları keçib.


AFN.az TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Maliyyə Nazirliyinin yaydığı məlumat sübut edir.

Agentliyin məlumatına görə, departamentin internet saytındakı məlumat bazasında “ümumi dövlət borcu” sütununda iyulun 29-na məbləğ 35 trilyon dollar olaraq göstərilib. Bu, rekord göstəricidir. Rəqəm 34 trilyon dolları yanvarın əvvəlində keçib. Respublikaçılar artıq ABŞ prezidenti demokrat Co Baydeni siyasətinə görə tənqid ediblər və onların fikrincə, bu, dövlət borcunun artmasına səbəb olub.

Konqresin büdcə ofisi milli borcun 2034-cü ildə 50 trilyon dolları keçəcəyini və ölkənin ÜDM-nin 122%-dən çoxunu təşkil edəcəyini proqnozlaşdırır. Qurumun hesablamalarına görə, 2029-2034-cü illərdə Amerika ÜDM-nin orta illik artımı 1,8% təşkil edəcək.

2023-cü ildə ölkənin dövlət borcu 4 trilyon dollardan çox artıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu