Ər-Riyadda ərəb və islam ölkələrinin XİN rəhbərlərinin toplantısı keçiriləcək


Bu gün Ər-Riyadda ərəb və islam ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə mühüm məsləhətləşmələr baş tutacaq.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. Görüşün əsas məqsədi Yaxın Şərqdə kəskinləşən təhlükəsizlik vəziyyətini müzakirə etmək və regional sabitliyin qorunması üçün birgə fəaliyyəti əlaqələndirməkdir.

Nazirliyin mətbuat xidmətinin yaydığı açıqlamada görüşdə iştirak edəcək ölkələrin tam siyahısı göstərilməsə də, müzakirələrin mərkəzində regiondakı hərbi gərginlik, xüsusilə naviqasiya təhlükəsizliyi və mülki infrastrukturun qorunması məsələlərinin dayanacağı gözlənilir.

Səudiyyə Ərəbistanı tərəfi artıq bir neçə gündür ki, regionda eskalasiyanın təhlükəli həddə çatdığı barədə xəbərdarlıq edərək bütün tərəfləri maksimum təmkinli olmağa çağırır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu