AK İrandakı müharibəyə görə LNG idxalı qaydalarını sadələşdirib


Avropa Komissiyası (AK) İrandakı hərbi əməliyyatlar səbəbindən enerji tədarükündə yaranan fasilələrin qarşısını almaq məqsədilə qeyri-Rusiya mənşəli Mayeləşdirilmiş Təbii Qazın (LNG) Aİ-yə idxalı qaydalarını yumşaldıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, dərc edilən "REPowerEU" planına əsasən, bu addım Yaxın Şərqdəki münaqişə fonunda enerji təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Yeni qərara əsasən, enerji şirkətlərinin idxal etdikləri qazın Rusiya mənşəli olmadığını sübut etmək üçün təqdim etməli olduqları sənədlərin sayı azaldılıb. İndi şirkətlər bir tədarükçü ilə bağlanan müqavilə çərçivəsində bir neçə qaz partiyası üçün vahid icazə ala bilərlər. Əvvəllər hər bir partiya üçün ayrıca mənşə sertifikatı tələb olunurdu.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu