Facebook Orbanın paylaşımlarına məhdudiyyət qoymağa başlayıb
"Meta" korporasiyasına məxsus "Facebook" sosial şəbəkəsi Macarıstanda aprel ayında keçiriləcək parlament seçkiləri ərəfəsində baş nazir Viktor Orbanın paylaşımlarını məhdudlaşdırmağa başlayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Amerikalı bloqer Mario Naufal iddia edib.
Bloqerin "X" sosial şəbəkəsində paylaşdığı məlumata görə, bu addım müxalif "Tisa" partiyasının üzvü və "Meta"nın keçmiş əməkdaşının tərəfdarlarına etdiyi çağırışdan sonra atılıb. Həmin şəxs tərəfdarlarını hökumət başçısının məzmunundan kütləvi şəkildə şikayət etməyə səsləyib. Bloqer qeyd edir ki, bu hadisə "Meta"nın Macarıstandakı siyasi məzmunu necə idarə etməsi ilə bağlı ciddi suallar doğurur.
