Çin hərbçiləri Brüsseldə Aİ və NATO ilə məsləhətləşmələr aparacaq


Çin Xalq Azadlıq Ordusunun (PLA) nümayəndə heyəti gələn həftə Brüsselə səfər edərək Avropa İttifaqı və NATO rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, müzakirələrin əsas mövzusu Yaxın Şərqdə kəskinləşən hərbi münaqişə fonunda qlobal təhlükəsizlik məsələləri olacaq.

Mənbələrin verdiyi məlumata görə, Aİ ilə məsləhətləşmələr martın 24-nə planlaşdırılıb. Həmin həftənin sonunda isə Çin hərbi heyətinin NATO nümayəndələri ilə bir araya gəlməsi gözlənilir. NATO rəsmisi nəşrə bildirib ki, tərəflər arasında həm mülki, həm də hərbi kanallar vasitəsilə daimi dialoq saxlanılır. Bu görüşlərin məqsədi şəffaflığı təmin etmək və tərəflərin təhlükəsizlik maraqlarını qarşılıqlı şəkildə qorumaqdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu