Makron: Fransa HDQ üçün yeni aviadaşıyıcının dəyəri 10 milyard avro olacaq


Fransa Prezidenti Emmanuel Makron ölkənin qərbindəki "Naval Group" gəmiqayırma şirkətinin müəssisəsinə səfəri zamanı yeni nəsil aviadaşıyıcının (PANG) inşası ilə bağlı mühüm rəqəmləri açıqlayıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Makron hazırda Fransanın arsenalında olan yeganə atom aviadaşıyıcısı "Şarl de Qoll"u əvəz edəcək yeni gəminin təxminən 10 milyard avroya başa gələcəyini bildirib.

Prezident vurğulayıb ki, bu nəhəng investisiya ölkə iqtisadiyyatı üçün faydalı olacaq. Belə ki, xərclərin 90%-i birbaşa Fransa ərazisində qeydiyyatdan keçmiş şirkətlərə yönəldiləcək və istehsal zəncirində ümumilikdə 800-ə yaxın müəssisə iştirak edəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu