Qətər İranın diplomatlarını ölkədən qovur
Qətər İranın Doha səfirliyində vəzifə yerinə yetirən təhlükəsizlik və hərbi ataşeləri "arzuolunmaz şəxs" elan edərək, onların 24 saat ərzində ölkədən ayrılmasını tələb edib.
AFN.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yazılı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Xarici İşlər Nazirliyi İranın Doha səfirliyinə nota təqdim edərək, səfirlikdə çalışan təhlükəsizlik ataşesi ilə hərbi ataşenin, həmçinin bu iki diplomatın tabeliyində olan əməkdaşların "persona non qrata" elan edildiyini və onlardan bir sutka ərzində ölkə ərazisini tərk etmələrinin istənildiyini qeyd edib.



