İŞİD İrandakı münaqişədən mövqelərini bərpa etmək üçün istifadə edir - kürd komandir


İŞİD terror qruplaşması regiondakı xaotik vəziyyətdən istifadə edərək yenidən qruplaşır.

AFN.az xəbər verir ki, bunu Şimali İraqdakı kürd peşmərgə qüvvələrinin komandiri Rasul Ömər Lətif "Welt" telekanalına müsahibəsində deyib. Komandirin sözlərinə görə, qruplaşma hazırda "bərpa mərhələsindədir" və əlverişli məqam gözləyir.

Lətif qeyd edib ki, Əfqanıstan və Suriyada döyüş təcrübəsi keçmiş terrorçular hazırda Kərkük, Musul, Tuz-Xurmatu və Səlahəddin əyaləti ətrafında, həmçinin şəhərlərdəki "yatan hüceyrələrdə" gizlənirlər. Bu təhlükə ilə əlaqədar olaraq Almaniya Bundessverinin peşmərgə təlim missiyası da dayandırılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu