ABŞ-ın 2026-cı il təhdid hesabatı: Çin, Rusiya və İran



ABŞ Milli Kəşfiyyat Direktorluğu (DNI) tərəfindən hazırlanan "2026-cı il üzrə İllik Təhdid Qiymətləndirmə Hesabatı" dərc olunub.

AFN.az xəbər verir ki, 33 səhifəlik sənəddə ABŞ-ın qlobal miqyasda ən ciddi rəqibi kimi Çin, ən yaxın təhdid kimi isə Rusiya göstərilib.

Hesabatda Çinin regional mövqeyini möhkəmləndirmək üçün hərbi və texnoloji gücündən istifadə etdiyi vurğulanır. Qeyd olunub ki, prezident Donald Trampın Çin lideri Si Cinpin ilə diplomatik təmasları müəyyən irəliləyişə imkan verib. Çinin hələlik Tayvanla sülh yolu ilə birləşmə variantına üstünlük verdiyi bildirilir.

Rusiya ilə bağlı bölmədə Moskvann ABŞ maraqlarına ciddi çətinliklər yaratmaq potensialını qoruduğu qeyd edilir. Hesabata görə, Ukraynadakı münaqişənin nüvə silahlarının cəlb oluna biləcəyi birbaşa toqquşmaya çevrilmə ehtimalı ən böyük təhlükədir. Rusiyanın Kiyevə qarşı dağıdıcı müharibə apardığı vurğulanır.

Hesabatda İranla bağlı sensasiyalı analiz yer alıb: "2025-ci ilin iyununda keçirilən əməliyyat nəticəsində İranın nüvə zənginləşdirmə proqramı tamamilə məhv edilib və o tarixdən bəri bərpa addımı atılmayıb". Buna baxmayaraq, İranın regiondakı ABŞ bazalarına hücum qabiliyyətini saxladığı xəbərdarlığı edilir.

Kəşfiyyat hesabatında texnoloji üstünlük yarışı belə qruplaşdırılıb:

  • Süni İntellekt: Çin 2030-cu ilə qədər bu sahədə qlobal liderliyi hədəfləyir.
  • Kvant Texnologiyası: Kvant kompüterlərinin yaxın gələcəkdə mühüm strateji üstünlük göstəricisi olacağı qeyd edilir.
  • Raket Sistemləri: Çin, Rusiya, Şimali Koreya və İranın ABŞ ərazisini vura biləcək inkişaf etmiş raketlər üzərində işlədiyi bildirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu