NATO İraqdakı missiyasını Avropaya təxliyə etdi



NATO İraqdakı missiyası (NMI) ilə bağlı dislokasiya yerini dəyişərək ölkədəki bütün heyətini Avropaya təxliyə edib.

AFN.az xəbər verir ki, NATO-dan verilən açıqlamada İraqdakı son NMI personalının bu gün etibarilə ölkəni tərk etdiyi bildirilib.

Açıqlamada Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı (SACEUR) general Aleksus Qrinkeviçin "NATO heyətinin İraqdan təhlükəsiz şəkildə təxliyəsinə dəstək verən İraq Respublikasına və bütün müttəfiqlərə təşəkkür edirəm" ifadələrinə yer verilib.

Sonda qeyd olunub ki, NMI öz fəaliyyətini bundan sonra İtaliyadakı Neapol Müştərək Qüvvələr Komandanlığından davam etdirəcək.

Qeyd edək ki, döyüş missiyası olmayan NMI İraqın daha dayanıqlı, şəffaf və inklüziv təhlükəsizlik qüvvələri və qurumları yaratmasına dəstək verməyi qarşısına məqsəd qoyur.

Missiya İraqın öz təhlükəsizliyini təmin edə bilməsinə, terrorla mübarizə aparmasına və terror təşkilatı İŞİD-in yenidən ortaya çıxmasının qarşısını almağa töhfə verməyi hədəfləyir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu