Livan İsraillə danışıqlara hazırlaşır


Livan hökuməti münaqişənin nizamlanması məqsədilə İsraillə ikitərəfli danışıqlara başlamaq barədə sülh təşəbbüsünə sadiqdir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Əl Hədath" telekanalına müsahibəsində ölkənin baş naziri Navaf Salam bildirib.

"Biz yəhudi dövləti ilə danışıqlara qoyulan əvvəlki qadağanı (tabu) aradan qaldırmışıq və hazırda İsrail tərəfi ilə dialoq aparacaq milli nümayəndə heyətinin formalaşdırılması üzərində işləyirik", — deyə baş nazir qeyd edib.

Salam martın 19-da ABŞ Prezidenti Donald Trampa müraciət edərək hərbi əməliyyatların dayandırılmasına kömək etməsini istədiyini də təsdiqləyib. Onun sözlərinə görə, bu münaqişə yalnız diplomatik yolla dayandırıla bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu