Livanın baş naziri Beyrutda BMT sülhməramlılarının karvanına hücumu pisləyib


Beyrut Beynəlxalq Hava Limanına gedən magistral yolda BMT-nin sülhməramlı konvoyuna qarşı cinayətkar hücumu pisləyib.


AFN.az xəbər verir ki, Hizbullah tərəfdarları Livan hakimiyyətinin İranın Mahan Air aviaşirkətinin uçuşları qəbul etməməsi səbəbindən Beyrut Beynəlxalq Hava Limanına gedən magistral yolu ikinci gündür bağlayıb. Etirazçı gənclərdən ibarət izdiham hava limanına doğru hərəkət edən avtomobillərə hücum etməyə başlayıb. Livan ordusunun əsgərləri iğtişaşlara son qoyub və magistral yolu təmizləyib. Lakin hadisə nəticəsində maşınlara ziyan dəyib və bir Nepal zabiti yaralanıb.

Livan hökumətinin mətbuat xidməti açıqlamasında bildirib ki, baş nazir BMT-nin Livandakı Xüsusi Koordinatoru Jeanine Hennis-Plasschaert və BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) komandanı general Haroldo Lazaro Saenz ilə əlaqə saxlayıb. “Baş nazir daxili işlər nazirinə hücum edənləri həbs edib tədbir görülməsi üçün səlahiyyətli məhkəmə orqanlarına təhvil verməyi tapşırıb” - deyə açıqlamada bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu