İsrailin Livanın şimalına hava hücumu nəticəsində 18 nəfər ölüb


Livanın şimalındakı Zqorta və Ehden şəhərləri arasında magistral yolda yerləşən Eito kəndində yaşayış binasına İsrail hərbi hava qüvvələrinin endirdiyi zərbələr nəticəsində azı 18 nəfər həlak olub.


AFN.az xəbər verir ki, bu barədə Livan Qızıl Xaç Cəmiyyətinin X-də dərc etdiyi hesabatda deyilir. Bildirilir ki, hadisə nəticəsində daha dörd livanlı yaralanıb. Livanın cənubundan olan qaçqınların məskunlaşdığı evə raket zərbələri endirilib. Xilasedicilər dağıntıları təmizləməyə davam edir, ölənlərin və yaralıların sayı arta bilər.

Ölənlər arasında Hizbullah siyasi rəhbərliyinin üzvü Əhməd Fakih də var. O, qohumları ilə birlikdə 20-dən çox insanın yaşadığı binada dörd mənzil kirayələyib. Fakih və ailəsi İsraillə həmsərhəd olan Aytarun şəhərindən Livanın şimalına köçüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu