İsrailin Livanın cənubuna hücumu nəticəsində ölənlərin sayı 182-yə çatıb


İsrailin Livanın cənubundakı ərazilərə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 100-dən 182-yə yüksəlib.


AFN.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin Telegram-kanalında yerləşdirilən məlumatda deyilir. Bildirilir ki, hücum nəticəsində yaralananların sayı 727 nəfərdir.

"Bir çox yaralı ağır vəziyyətdə xəstəxanalara çatdırılıb. Qurbanların sayı arta bilər. Ölən və yaralananlar arasında qadınlar və uşaqlar da var" - deyə səhiyyə nazirliyinin açıqlamasında qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu