Livanda peycer partlayışları nəticəsində ölənlərin sayı 12-yə yüksəlib


Livanda peycerlərin partlaması nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.


AFN.az xəbər verir ki, ölkənin səhiyyə naziri Firas əl-Ebyad Beyrutda keçirdiyi mətbuat konfransında hadisə ilə bağlı son məlumatları açıqlayıb. Nazir bildirib ki, peycerlərin partlaması nəticəsində ölənlərin sayı 12-yə yüksəlib, bunlardan ikisi uşaqdır. Yaralıların sayı isə təminən 2 min 800 nəfərdir. Onlardan 300-ə yaxını ağır yaralıdır, reanimasiya şöbələrində müalicələrini davam etdirirlər. Ebyad, partlayışlardan sonra xəstəxanalara gətirilən 460 nəfərin əməliyyat olunduğunu, əksəriyyətinin də göz və üz nahiyəsindən yaralandığını bildirib.

Qeyd edək ki, Livanda Hizbullah üzvlərinin istifadə etdiyi peycerlərdə eyni vaxtda partlayışlar baş verib.

Livan rəsmiləri hadisəyə görə İsraili məsul görsə də, İsrail hələ də məsələ ilə bağlı açıqlama verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu