İsrailin Əl-Məvasi bölgəsinə hücumu nəticəsində ölənlərin sayı 90-a yüksəlib
İsrail ordusunun daha əvvəl təhlükəsiz olduğunu iddia etdiyi Qəzza zolağında Xan Yunus şəhərinin qərbində yerləşən Əl-Məvasi bölgəsində döyüş təyyarələri ilə həyata keçirdiyi hücumda ölənlərin sayı 90-a yüksəlib.
Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada hücumda həyatını itirənlərin sayı ilə bağlı cari rəqəm paylaşılıb.
Açıqlamada Mevasidə məcburi köçkünlərə və mülki şəxslərə qarşı edilən hücumda yarısı qadın və uşaq olmaqla 90 nəfərin öldüyü, 300 nəfərin isə yaralandığı, yaralananların vəziyyətinin ağır olduğu qeyd edilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi əvvəlki açıqlamasında hücumda 71 nəfərin öldüyünü, 289 nəfərin yaralandığını açıqlamışdı.