Konqoda bombalı hücumda ölənlərin sayı 35-ə yüksəlib


Mayın 8-də Konqo Demokratik Respublikasında (KDR) bombalı hücumda ölənlərin sayı 35-ə yüksəlib.



Hücumun həyata keçirildiyi Qoma bölgəsinin rəsmilərindən Erik Bvanapuva mətbuata açıqlamasında qaçqın düşərgəsindəki bombalı hücumda ölənlərin sayının artdığını bildirib.

Bvanapuva bombalı hücumda ölənlərin sayının 35-ə yüksəldiyi barədə məlumat paylaşıb.

Həyatını itirənlər arasında qadın və uşaqların da olduğu hücumun məsuliyyətini hələ heç kim üzərinə götürməsə də, hücumun üsyançı qruplar tərəfindən həyata keçirildiyi təxmin edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu