İsrailin Beyrutu bombalaması nəticəsində ölənlərin sayı 12-yə çatıb


İsrail Hərbi Hava Qüvvələrinin Beyruta hücumu nəticəsində 12 nəfər ölüb, 66 nəfər yaralanıb.


AFN.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin Telegram kanalında yerləşdirilmiş hesabatda bildirilib. Qeyd edilib ki, son saatlarda Livan paytaxtının cənubuna raket hücumu nəticəsində həlak olanların sayı 8-dən 12-yə, yaralıların sayı isə 59-dan 66-ya çatıb.

"Al Jadeed" telekanalının məlumatına görə, hava hücumu zamanı şiə Hizbullah milislərinin hərbi lideri İbrahim Aqil həlak olub. Onunla birlikdə vurulan binalardan birində əməliyyat qərargahının iclasında iştirak edən komandirlər qrupu məhv edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu