Küveyt neft hasilatında yeni məhdudiyyətlər tətbiq etdi



Küveyt Neft Korporasiyası Hörmüz boğazındakı keçidlərin hədəf alınması səbəbindən xam neft hasilatında yenidən ixtisara gedildiyini açıqlayıb.

AFN.az xəbər verir ki, qurum tam gücü ilə hasilata qayıtmağın müharibənin başa çatacağı təqdirdə təxminən 4 ay çəkəcəyini bəyan edib.

Şirkətin bəyanatında Hörmüz boğazında sərbəst gəmiçiliyin hədəfə alınmasının xam neft istehsalını azaltmağı məcburi hala gətirdiyi qeyd olunub. Bölgədəki hadisələrin qlobal enerji bazarlarının sabitliyini təhdid edən təhlükəli bir gərginlik yaratdığı və müharibə bitdikdən sonra istehsalın yenidən sürətləndiriləcəyi bildirilib.

Hasilatın əvvəlki səviyyəyə qaytarılmasının 3-4 ay çəkə biləcəyi vurğulansa da, məhdudiyyətin dəqiq həcmi barədə məlumat verilməyib. Xatırladaq ki, Küveyt martın 10-da gündəlik hasilatını 3 milyon barreldən 500 min barrelə endirdiyini elan etmişdi.

Bu addım İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq martın 2-də Hörmüz boğazında dəniz hərəkətini məhdudlaşdırması və icazəsiz keçən gəmiləri hədəf alacağını bildirməsindən sonra atılıb. Beynəlxalq Enerji Agentliyi (IEA) isə martın 11-də qurumun tarixindəki ən yüksək göstərici olan 400 milyon barrel stratejik neft ehtiyatını bazara çıxarmaq qərarı verib.

Analitiklər neft bazarındakı təklif itkisinin təsirlərinin hələlik istehlakçılar tərəfindən hiss edilmədiyini, lakin bu həftədən etibarən vəziyyətin kəskin dəyişəcəyini ehtimal edirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu