Səudiyyə Ərəbistanı gecə boyu 27 PUA hücumunun qarşısını alıb
Səudiyyə Ərəbistanında gecə saatlarında ölkənin şərq hissəsinə yönəlmiş 27 pilotsuz uçuş aparatı (PUA) hücumunun hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edildiyi bildirilib.
AFN.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin "X" sosial media platformasındakı hesabından verilən açıqlamalarda gecə boyu ölkənin şərq bölgəsini hədəf alan PUA hücumları barədə məlumat verilib.
Bir-birinin ardınca verilən bəyanatlarda hücumların məhz şərq bölgəsinə yönəldiyi, lakin bütün aparatların müdafiə sistemləri vasitəsilə havada məhv edildiyi qeyd olunub. Rəsmi açıqlamalarda hücumların hansı mənbədən təşkil olunduğuna dair konkret məlumat yer almayıb.
Müdafiə Nazirliyindən daha əvvəl verilən digər bir məlumatda isə ölkənin şərqini hədəf alan bir ballistik raketin də zərərsizləşdirildiyi bildirilmişdi.
