KİV: G7 xarici işlər nazirlərinin görüşü birgə bəyanat olmadan yekunlaşacaq


Paris yaxınlığındakı Vo-de-Serne abbatlığında keçirilən G7 xarici işlər nazirlərinin görüşü yekun birgə bəyanat qəbul edilmədən başa çatacaq.

AFN.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) diplomatik mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, bu addım ənənəvi protokola uyğun deyil və Vaşinqtonla müttəfiqləri arasında fikir ayrılıqlarının olduğunu göstərir.

Bu il G7-yə sədrlik edən Fransa tərəfi özünün müstəqil bəyanatını dərc edəcək. Martın 26 və 27-də davam edən iki günlük müzakirələrin əsas mövzuları Yaxın Şərq və Ukraynadakı münaqişələr olub. Bu görüş iyunun 15-17-də Evian şəhərində keçiriləcək G7 liderlərinin sammitinə hazırlıq xarakteri daşıyır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu