Britaniya Hörmüz boğazına PUA-lar buraxmaq üçün gəmini bazaya çevirdi
Böyük Britaniya Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının minalardan təmizlənməsində mümkün iştiraka hazırlıq çərçivəsində "RFA Lyme Bay" iri desant gəmisini mina təmizləyən pilotsuz aparatların buraxılması üçün üzən bazaya çevirib.
AFN.az xəbər verir ki, bu barədə "The Sunday Times" qəzeti hərbi dairələrdəki mənbələrinə istinadən məlumat yayıb.
"Bu profilaktik addım nazirlərə ticarət gəmiçiliyinin normal axınını bərpa etmək üçün kömək tələb olunacağı təqdirdə fəaliyyət variantları təqdim edir", - deyə mənbə bildirib.
Qeyd olunur ki, gəminin Hörmüz boğazına göndərilməsi barədə yekun qərar hələ qəbul edilməyib. Daha əvvəl "Politico" nəşri bildirmişdi ki, London boğazda gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün gəmilərdən idarə olunan məsafədən mina təmizləmə vasitələrinin tətbiqini nəzərdən keçirir, lakin atəşkəs olmadan bunun icrasını qeyri-mümkün sayır.
