KİV: Yaxın Şərq münaqişəsi dünyanı yeni nüvə silahlanma yarışına sövq edə bilər


ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı dünyanı nüvə silahlanma yarışının yeni mərhələsinə sövq edə bilər.

AFN.az xəbər verir ki, belə bir iddia ilə "Bloomberg" agentliyi çıxış edib.

Agentliyin məlumatına görə, Şimali Atlantikadan tutmuş Sakit okeanın qərbinə qədər olan ölkələrin hökumətləri öz nüvə arsenalına sahib olmağın zəruriliyi barədə getdikcə daha açıq şəkildə müzakirələr aparmağa başlayırlar. Bundan əlavə, əvvəllər ABŞ-ın nüvə çətiri ilə kifayətlənən bəzi ölkələr, xüsusən də Polşa və Almaniya, Fransanın öz nüvə çətirini Avropa qitəsinə yaymaq niyyətini alqışlamağa başlayıblar. Eyni zamanda agentlik qeyd edir ki, tarixdə dinc əhaliyə qarşı nüvə silahından istifadə etmiş yeganə ölkə olan Amerika Birləşmiş Ştatları hazırda nüvə sınaqlarının bərpa edilməsi imkanlarını araşdırır.

MAQATE rəhbəri Rafael Qrossi mövzu ilə bağlı "Bloomberg" agentliyinə müsahibəsində deyib: "Bu növ kütləvi qırğın silahının əldə edilməsi ehtimalı hətta ondan heç vaxt istifadə etməyəcəyinə söz verən ölkələrdə belə açıq şəkildə müzakirə olunur. Lakin daha çox ölkədə daha çox nüvə silahının olması dünyanı daha təhlükəsiz etməyəcək, əksinə, vəziyyəti pisləşdirəcək".

Qrossinin fikrincə, indi son yarım əsrdə bəşəriyyətə çox yaxşı xidmət etmiş yayılmama normalarını dəstəkləmək hər zamankından daha vacibdir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu