"Yle": Finlandiyaya düşən dronlardan biri Ukraynaya məxsus olub


Finlandiya Hərbi Hava Qüvvələri ölkənin cənub-şərqində, Kouvola şəhəri yaxınlığında düşən PUA-lardan ən azı birinin Ukraynaya məxsus olduğunu təsdiqləyib.

AFN.az xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb. Hərbçilər dronlardan birini Ukrayna istehsalı olan "An-196" kimi identifikasiya edə biliblər.

Qeyd edək ki, bu gün səhər saatlarında Finlandiya hava məkanında bir neçə aşağı hündürlükdə uçan obyekt müşahidə edilmişdi ki, onlardan biri Kouvolanın şimalına, digəri isə şərqinə düşüb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu