İranda zədələnən təyyarə Hindistandan dərman gətirməli imiş
ABŞ və İsrailin zərbələri nəticəsində zədələnmiş İran mülki təyyarəsi aprelin 1-də tibbi ləvazimatlar gətirmək üçün Nyu-Deliyə uçmalı idi.
AFN.az PTI-yə istinadən xəbər verir ki, "Mahan Air" aviaşirkətinə məxsus olan bu hava gəmisi humanitar aksiya çərçivəsində Hindistanın paytaxtına yola düşməyə hazırlaşırdı. Reysin məqsədi hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş insanlar üçün dərman preparatlarını gətirmək olub.
Bundan əvvəl İran Mülki Aviasiya Təşkilatı humanitar yardım daşıyan mülki təyyarənin ölkənin qərbindəki Məşhəd hava limanında ABŞ və İsrail tərəfindən hədəfə alındığını bildirmişdi. Təşkilat beynəlxalq qurumları bu aktı pisləməyə və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.
Xatırladaq ki, Hindistan martın 18-də daimi humanitar yardım proqramı çərçivəsində İran Qırmızı Aypara Cəmiyyəti vasitəsilə İslam Respublikasına ilk dərman partiyasını göndərib.




