Litvada 34 qeyri-qanuni miqrant saxlanılıb


Litva sərhədçiləri Belarus ərazisindən ölkəyə daxil olmağa cəhd göstərən 34 nəfərdən ibarət qeyri-qanuni miqrant qrupunu saxlayıb.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Litva Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Mühafizə Xidməti məlumat yayıb.

Bildirilir ki, saxlanılaraq geri — Belarus ərazisinə çıxarılan bu qrup cari ilin ən böyük miqrant qrupudur. Bundan əvvəlki rekord göstərici martın 25-də qeydə alınmışdı; həmin vaxt 29 nəfər sərhədi keçməyə cəhd etmişdi. Saxlanılan şəxslər Əlcəzair, Əfqanıstan, Pakistan, Somali və Eritreyadan gəldiklərini bildiriblər.

Asiya və Afrika ölkələrindən gələn miqrantların Belarus vasitəsilə Litvaya kütləvi keçid cəhdləri fonunda yaranmış miqrasiya böhranı ilə əlaqədar Vilnüs 2021-ci ilin avqustundan etibarən qeyri-qanuni şəxsləri geri çıxarmaq barədə qərar qəbul edib. 2025-ci ildə Litva sərhədlərindən 1600-dən çox, cari ildə isə artıq 169 nəfər geri qaytarılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu