İndoneziya yeni nafta tədarükçüləri axtarır


İndoneziya hökuməti plastik istehsalı üçün əsas xammal olan nafta (liqroin) tədarükü üçün Yaxın Şərq ölkələrinə alternativ axtarışına başlayıb.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin ticarət naziri Budi Santoso bildirib. Nazir qeyd edib ki, bu addım İran ətrafında münaqişənin kəskinləşməsi nəticəsində enerji bazarında yaranan qeyri-müəyyənliklə bağlıdır.

"Biz naftanı Yaxın Şərqdən idxal edirik. Əgər tədarükdə çətinliklər yaranarsa, nə etməliyik? Bu səbəbdən digər dövlətlərdə alternativ mənbələr axtarmaq qərarına gəldik", — deyə "Antara" agentliyi nazirin sözlərindən sitat gətirib. Nafta neftin emalı prosesində alınan maye karbohidrogenlər qarışığıdır və plastik, rezin, sintetik liflər və həlledicilərin istehsalında geniş istifadə olunur.

Məlumata görə, İndoneziya hakimiyyəti artıq Hindistan, həmçinin Afrika, Şimali və Cənubi Amerika regionlarından olan potensial tərəfdaşlarla danışıqlar aparır. Nazir vurğulayıb ki, Yaxın Şərqdən digər regionlara qəfil yönəlmə zərurəti vaxt tələb edəcək, lakin daxili istehsalı qorumaq və plastik ehtiyatlarını təmin etmək üçün bütün səylər göstəriləcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu